KİV: ABŞ-nin hava zərbəsi nəticəsində husilərin yüksək rütbəli şəxsi ölüb

2025/03/1742064987.jpg
Oxunub: 543     11:55     24 Mart 2025    
ABŞ-nin bu gecə Yəmənin Sana şəhərinə endirdiyi zərbələr nəticəsində husilərin yüksək rütbəli "məmuru" həlak olub.

Ordu.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.

Həlak olan şəxsin adı və vəzifəsi açıqlanmayıb.

Qeyd olunub ki, bombardman husilərin gizli yeraltı hərbi bazalarına yönəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Husilər  


Bizi "telegram"da izləyin