Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

2025/03/17427-1742790870.jpg
Oxunub: 537     06:13     24 Mart 2025    
İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio telefon danışığında Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağında saxlanılan girovların vəziyyətini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökumət başçısının dəftərxanası məlumat yayıb.

“Tərəflər regiondakı son hadisələri, o cümlədən girovların azad edilməsi və Qəzza zolağında döyüş əməliyyatlarının yenidən başlanması məsələlərini müzakirə ediblər. Dövlət katibi Rubio Birləşmiş Ştatların İsrailə və onun gerçəkləşdirdiyi siyasətə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib”, – bəyanatda deyilib.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada döyüş əməliyyatlarını bərpa edərək anklavı kütləvi hava zərbələrinə məruz qoyub.

Netanyahunun dəftərxanası bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlarda irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əlavə edib ki, sektordakı əməliyyatın məqsədi bütün girovların azad edilməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Rubio  


Bizi "telegram"da izləyin