ABŞ Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda həqiqi irəliləyiş gözləyir

2025/02/1739875758.jpg
Oxunub: 1188     23:45     23 Mart 2025    
Vaşinqton Səudiyyə Ərəbistanında Moskva ilə Rusiya – Ukrayna müharibəsinin tənzimlənməsi üzrə danışıqlarda həqiqi irəliləyişin əldə olunacağına ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.

“Güman edirəm, martın 24-də Səudiyyə Ərəbistanında xüsusilə Qara dənizdə atəşkəs məsələsində həqiqi irəliləyiş görünəcək”, – o qeyd edib.

Uitkoff əlavə edib ki, gələcəkdə bu razılaşmaların nəticəsi tam atəşkəs ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin