Uolts ABŞ ordusunun husi liderlərini zərərsizləşdirdiyini açıqlayıb

2024/11/1731471938.jpg
Oxunub: 615     20:42     23 Mart 2025    
ABŞ ordusu Yəmənin “Ənsar Allah” hərəkatının liderlərini zərərsizləşdirib, hərəkatın qərargahına və silah fabriklərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts “CBS News”a açıqlamasında deyib.

"Biz husilərin liderlərini, o cümlədən baş raket üzrə mütəxəssislərini məhv etdik, onların qərargahına, rabitə mərkəzlərinə, silah istehsalı zavodlarına və hətta bəzi suüstü pilotsuz aparat istehsalı obyektlərinə zərbə endirdik.", - o bildirib.

Uolts zərərsizləşdirilən şəxslərin kimyini açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uolts   ABŞ   Husi  


Bizi "telegram"da izləyin