İsrail Qəzzanın cənubunda Tell əs-Sultan rayonunun mühasirəsini tamamlayıb

2025/02/1740315211.jpg
Oxunub: 575     19:54     23 Mart 2025    
İsrail hərbi qüvvələri Qəzza zolağının cənubunda Rəfah şəhərinin qərbində yerləşən Tell əs-Sultan rayonunu mühasirəyə alıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Son saatlarda qoşunlar Rəfahdakı Tell əs-Sultanın mühasirəsini tamamlayıblar. Əməliyyatın məqsədi Qəzzanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün bu bölgədəki terror obyektlərini və terrorçuları məhv etməkdir”, – bəyanatda deyilir.

Tell əs-Sultanın mühasirəsi zamanı gecə ərzində hərbçilər “bir neçə terrorçunu məhv ediblər”, həmçinin “son bir neçə ay ərzində HƏMAS terrorçuları tərəfindən komanda-nəzarət qərargahı kimi istifadə olunmuş obyektə məqsədyönlü basqın keçiriblər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin