Qəzza Səhiyyə Nazirliyi müharibədə 50 mindən çox fələstininlinin öldüyünü açıqlayıb

2025/03/0ffa6-1742276374.jpg
Oxunub: 572     18:30     23 Mart 2025    
2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.

Ordu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi teleqramda bildirib.

“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin