ABŞ əfqanıstanlı naziri və qohumlarını “qara siyahı”dan çıxarıb

2025/03/1742720526.jpg
Oxunub: 595     12:55     23 Mart 2025    
ABŞ Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin yeri barədə məlumat verən üçün nəzərdə tutulan 10 milyonluq mükafatı ləğv edib.

Ordu.az-ın məlumatına görə, bu barədə “Ariana News” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, onun qohumları Əbdüləziz Hakkani və Yəhya Hakkaninin adları da ABŞ-nin “qara siyahı”sından çıxarılıb.

Xatırladaq ki, ABŞ Hakkaninin yaratdığı şəbəkənin üzvlərini Əfqanıstanda ABŞ hərbi və NATO koalisiya qüvvələrinə qarşı hücumların koordinasiyasına və iştirakına görə axtarış verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qara-siyahı   Əfqanıstan  


Bizi "telegram"da izləyin