Ordu.az xəbər verir ki, dəyəri 100 milyon dollar olan sövdələşmə silah-sursat, logistik dəstək və təlim xidmətlərini əhatə edir.
ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bu mümkün satış barədə Konqresə rəsmi məlumat verib.
Satış çərçivəsində Səudiyyə Ərəbistanına 2000 ədəd APKWS II raketi veriləcək. Bundan əlavə, ehtiyat hissələri, dəstək avadanlığı, raket proqramı, təlim xidmətləri və texniki dəstək kimi elementlər də müqaviləyə daxil edilib.
ABŞ rəsmiləri bu satışın Körfəz regionunda regional təhlükəsizliyi dəstəkləmək və siyasi sabitliyi qorumaq strategiyasının bir hissəsi olduğunu vurğulayıblar.
Müqavilə Səudiyyə Ərəbistanının cari və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracaq, daha az yan zərərlə dəqiq zərbələr endirməyə imkan verəcək.
Rəsmilər bildiriblər ki, Səudiyyə Ərəbistanı bu sistemləri silahlı qüvvələrinə inteqrasiya etməkdə çətinlik çəkməyəcək.
Sevinc Əliyeva
Ordu.az