Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
F-35 proqramından məsul olan Birgə Proqram Ofisi (JPO) verdiyi açıqlamada “kill switch”iin olmadığını bildirib.
“Proqram bütün F-35 operatorlarının öz təyyarələrini effektiv şəkildə saxlamaq və idarə etmək üçün lazımi imkanlara malik olmasını təmin edən yaxşı qurulmuş müqavilələr əsasında fəaliyyət göstərir. F-35 proqramının gücü onun qlobal tərəfdaşlığındadır, biz bütün istifadəçilərə ehtiyac duyduqları tam funksionallıq və dəstəyi təmin etməyə sadiqik”, - deyə açıqlamada qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az