Ordu.az-ın məlumatına görə, bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi iftar proqramında çıxışı zamanı deyib.
"Bələdiyyələrimiz korrupsiyanın, haqsızlığın yanında yer almayacaq, bələdiyyələrimiz nəyin haqq, nəyin həqiqət, nəyin halal, nəyin haram olduğunu bilməklə xalqına xidmət edəcək. Dörd gündür ki, millətin dincliyini pozmaq, xalqımızı qütbləşdirmək üçün əllərindən gələni edirlər", - deyə Türkiyə prezidenti bildirib.
R.T.Ərdoğan bildirib ki, siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu dövrlər indi köhnə Türkiyə ilə birlikdə tamam geridə qalıb.
"Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qanun işləsin. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qanun işləsin. Qoy məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk milləti adına qərar versinlər. Qərarınız türk milləti adına verilsin. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil. Türkiyədə cinayət törətmək azadlığına malik imtiyazlı bir azlıq yoxdur və olmayacaq", - deyə o qeyd edib.
Ordu.az