Cənubi Koreyada 14 milyon dollarlıq hərbi helikopter PUA ilə toqquşmadan sonra yanıb

2025/03/1742370556.jpg
Oxunub: 665     13:38     23 Mart 2025    
Cənubi Koreya ordusu Pilotsuz Uçuş Aparatının (PUA) hərbi helikopterlə toqquşmasından sonra baş verən yanğında helikopterin tamamilə yandığını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, PUA Kyonqido əyalətinin Yanju şəhərində hərbi hava limanına enərkən, dayanmış helikopterə çırpılıb.

Toqquşma nəticəsində helikopterdə yanğın baş verib. Can itkisinin olmadığı hadisədə helikopterin dəyərinin təxminən 14 milyon dollar olduğu açıqlanıb.

Cənubi Koreya ordusu insidentin Şimali Koreyanın kiber-müdaxilə və ya digər müdaxiləsi ilə əlaqəli olduğunu təkzib edib.

Komandanlıq bildirib ki, hadisənin səbəbi və dəymiş ziyanın həcmi araşdırılır. Təxminən 20 dəqiqə ərzində yanğın nəzarət altına alınıb.

Qəza zamanı PUA-ya kimin nəzarət etdiyi barədə ordu hələlik açıqlama verməyib. Zabitlər, gizirlər və sıravi hərbi qulluqçular PUA-lardan istifadə etmək səlahiyyətinə malikdirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   PUA  


Bizi "telegram"da izləyin