Ordu.az “UK Defense Journal”a istinadən xəbər verir ki, daha bir zirehli xilasetmə vasitəsinin alınması planlaşdırılır.
Hazırda ölkədə 61 ədəd M270 MLRS, eləcə də ABŞ-dən sifariş edilmiş 8 ədəd təmir və bərpa vasitəsi xidmətdədir.
Bundan əlavə, Britaniya növbəti onillikdə GMLRS dəqiq idarə olunan raketləri və ER-GMLRS uzun mənzilli raketləri almaq üçün 800 milyon funt-sterlinq sərmayə qoyacaq.
Raket artilleriya parkının genişləndirilməsi ilə bağlı qərarın GMLRS raketlərindən istifadə edə bilən sistemlərin yüksək effektivlik nümayiş etdirdiyi Ukraynadakı döyüş təcrübəsi ilə birbaşa əlaqəli olduğu bildirilib.
Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi 2022-ci ildən artilleriya yenilənməsi proqramlarını nəzərdən keçirmək və sürətləndirmək üçün işlərini gücləndirib.
Sevinc Əliyeva
Ordu.az