“GE Aerospace” F110 mühərrikləri üçün 5 milyard dollarlıq razılaşma əldə edib

2025/03/1742288579.jpg
Oxunub: 452     19:22     28 Mart 2025    
“GE Aerospace” ABŞ Hərbi Hava Qüvvələri ilə Səudiyyə Ərəbistanı, İordaniya və Bolqarıstan kimi ölkələrdə F-15 və F-16 təyyarələri üçün F110-GE-129 mühərriklərinin tədarükü ilə bağlı 5 milyard dollarlıq müqavilə imzalayıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin inkişaf etdirdiyi “Kaan” döyüş təyyarəsində də F110-GE-120 turbofan mühərriklərindən istifadə edilir.

Bu qeyri-müəyyən çatdırılma və qeyri-müəyyən miqdar (IDIQ) müqaviləsinə yığılmış və ehtiyat mühərriklər, həmçinin modernləşdirilmiş mühərrik monitorinq sistemi kompüterləri və ehtiyat aksesuarları daxildir.

Müqavilə Ohayo ştatındakı “Rayt-Patterson” aviabazasında Hərbi Hava Qüvvələri Həyat Dövrü İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq və 2030-cu ilin dekabr ayına qədər davam edəcək.

Müqaviləyə əsasən, 41,7 milyon ABŞ dolları məbləğində ilkin maliyyə ayrılıb.

Qeyd edək ki, F110 mühərrik ailəsi bütün dünyada F-15 və F-16 təyyarələri üçün əsas enerji mənbəyi kimi 11 milyon uçuş saatından çox uçuşa nail olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GE-Aerospace   F110  


Bizi "telegram"da izləyin