İsrailin hava hücumları nəticəsində HƏMAS-ın 5 lideri öldürülüb - YENİLƏNİB

2025/03/a0593-1742285515.jpg
Oxunub: 666     13:53     18 Mart 2025    
İsrailin bu gün səhər saatlarında Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS hərəkatının beş lideri, o cümlədən Siyasi Büronun iki üzvü öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatdakı mənbə məlumat verib.

***

Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail Hərbi Hava Qüvvələri tərəfindən ötən gecə anklavın ərazisinə endirilən hava zərbələri nəticəsində öldürülüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, HƏMAS hökumətinin baş naziri əd-Daalis İsrail Hərbi Hava Qüvvələrinin son hücumu nəticəsində həlak olub. Bildirilib ki, mərmi əd-Daalisin olduğu evə düşüb.

Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətində daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.

HƏMAS tərəfindən hələlik rəsmi şərh verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin