“Leonardo” 2029-cu ilə qədər gəlirini 32,5 milyard dollara çatdırmağı planlaşdırır

2025/03/2025--1742284995.jpg
Oxunub: 411     21:29     28 Mart 2025    
“Leonardo” 2029-cu ilə qədər gəlirini 32,5 milyard dollara çatdırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Leonardo” 2029-cu ilə qədər yeni birgə müəssisələr, üzvi artım və Avropada müdafiə xərclərinin böyük artımı hesabına hazırkı 17,8 milyard avro (19,3 milyard dollar) səviyyəsindən 30 milyard avroya (32,5 milyard dollar) çatacağını gözləyir.

“Defense News”un verdiyi məlumata görə, şirkətin 2025-2029-cu illəri əhatə edən yeni sənaye planı 2024-cü ilin nəticələrinə əsasən müəyyənləşib.

“Leonardo” Rusiya-Ukrayna gərginliyindən sonra Avropanın müdafiə xərclərini artırdığı üçün sifarişlərin 20,9% artaraq, 20,9 milyard avroya (22,7 milyard dollar) çatacağını gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Avropa  


Bizi "telegram"da izləyin