Ağ Ev: İsrail Qəzzaya hücumları barədə ABŞ-ni məlumatlandırıb

2025/03/1742235871.jpg
Oxunub: 448     08:50     18 Mart 2025    
Tramp administrasiyası Qəzzaya planlaşdırılan zərbələr barədə İsrail tərəfindən məlumatlandırılıb.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Livitt “Fox News”a müsahibəsində bildirib.

"Tramp administrasiyası və Ağ Evə İsrail tərəfindən Qəzzada bugünkü hücumlarla bağlı məlumat verilib. Prezident Tramp açıq şəkildə bildirib ki, HƏMAS, husilər və İran həmçinin təkcə İsraili deyil, ABŞ-ni də terrora məruz qoymaq istəyən hər kəs öz hərəkətlərinin əvəzini ödəyəcək", - Livitt bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   ABŞ  


Bizi "telegram"da izləyin