İsrail girovlar azad edilənə qədər Qəzzaya zərbələr endiriləcəyini açıqlayıb

2025/03/000_3-1742276775.jpg
Oxunub: 450     07:17     18 Mart 2025    
“HƏMAS hərəkatı qalan 59 girovu azad etməsə hərbi əməliyyatlar dayanmayacaq.”

Ordu.az xəbər verir ki, bunu “Times of Israel” qəzetinə müsahibəsi zamanı İsrailin müdafiə naziri İsrael Katz bildirib.

“Cəhənnəmin qapıları Qəzzada açılacaq. HƏMAS indiyə qədər görmədiyi bir qüvvə ilə vurulacaq. HƏMAS-ın girovları azad etməkdən imtina etməsi və onun İsrail əsgərlərini və İsrail icmalarını vurmaqla hədələməsi fonunda Qəzzada döyüşləri bərpa etdik. Bütün girovlar evlərinə qayıtmayana və müharibə bütün məqsədlərinə çatana qədər dayanmayacağıq.", - Katz bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin