Hondurasda təyyarə qəzasında azı 6 nəfər həlak olub

2025/03/35c82-1742276223.jpg
Oxunub: 407     08:50     18 Mart 2025    
Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə La Prensa qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.

Milli polis bildirib ki, qəza 33 sərnişin üçün nəzərdə tutulmuş “Jetstream 41” təyyarəsindəki mexaniki nasazlıq nəticəsində baş verib.

Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. Təcili yardım xidmətləri xəstəxanaya çatdırılan 10 nəfəri xilas edə bilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Honduras   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin