Bu gün Kennedinin öldürülməsi ilə bağlı sənədlər yayımlanacaq

2025/02/1739251072.jpg
Oxunub: 413     06:39     18 Mart 2025    
Martın 18-də ABŞ-də 35-ci prezident Con Kennedinin öldürülməsi işi ilə bağlı təxminən 80 min səhifəlik material ictimaiyyətə açıqlanacaq.

Ordu.az-ın məlumatına görə, bunu Vaşinqton administrasiyasının hazırkı rəhbəri Donald Tramp deyib.

“Seçki kampaniyası zamanı dedim ki, bunları ictimailəşdirəcəyəm. Mən isə sözümün ağasıyam, ona görə də Kennedi ilə bağlı sənədləri alacaqsınız, təxminən 80 min səhifədir”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Con-Kennedi   Ölüm  


Bizi "telegram"da izləyin