Baydenin övladlarını daha Məxfi Xidmət qorumayacaq

2025/01/1737442482.jpg
Oxunub: 440     06:25     18 Mart 2025    
ABŞ-nin keçmiş lideri Cozef Baydenin övladları Hanter və Eşli Baydenin adı Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq”, - paylaşımda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Məxfi-Xidmət  


Bizi "telegram"da izləyin