Tacikistan AES tikintisini nəzərdən keçirir

2025/03/1742275507.jpg
Oxunub: 434     04:57     18 Mart 2025    
Tacikistan az güclü atom elektrik stansiyasının tikintisi ilə bağlı Rusiyanın təklifini öyrənir.

Ordu.az xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev “İzvestiya”ya şərhində deyib.

“Bizim dostlarımız aşağı güclə bağlı təklifimizi yığcam mədən layihələrinin maraqları naminə öyrənirlər, onları məhz bu güc – 40-50 meqavat maraqlandırır. Deyərdim ki, bu, danışıqların ilkin mərhələsidir ”, - deyə o bildirib.

Rosatom rəhbəri əlavə edib ki, Rusiya və Tacikistan artıq bir neçə ildir ki, ekoloji layihələr baxımından fəal əməkdaşlıq edirlər: “Buraya SSRİ-nin uran layihələri irsinin aradan qaldırılması, mədənlərin və zənginləşdirmə obyektlərinin rekultivasiyası daxildir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tacikistan   AES  


Bizi "telegram"da izləyin