Ordu.az xəbər verir ki, İtaliyanın “Leonardo” şirkəti ABŞ-nin Dallas şəhərində keçirilən “Verticon 2025” ticarət sərgisində qlobal kommersiya helikopter bazarında iştirakını əhəmiyyətli dərəcədə genişləndirdiyini açıqlayıb.
Şirkət 30-a yaxın müxtəlif modelli helikopter sifarişi alıb. Onların ümumi dəyərinin 370 milyon avroya çatdığı bildirilib.
2026 və 2028-ci illər arasında çatdırılması gözlənilən bu sifarişlər Avropa, ABŞ, Afrika və Asiya-Sakit okean hövzəsi də daxil olmaqla, bir çox bölgəni əhatə edir.
Helikopterlər ilk növbədə enerji dəstəyi, xilasetmə, kommunal missiyalar və VIP nəqliyyat üçün istifadə olunacaq.
Sifarişlərə “Leonardo”dan “AW109 GrandNew”, AW169, AW139 və AW189 da daxil olmaqla, bir sıra helikopter modelləri daxildir.
Sevinc Əliyeva
Ordu.az