Tayvan M60A3 tanklarını təkmilləşdirir

2025/03/1741939916.jpg
Oxunub: 17067     13:41     18 Mart 2025    
Tayvan administrasiyasının ordusu köhnəlmiş M60A3 əsas döyüş tanklarını yeniləməyə davam edərkən, ABŞ-dən yeni alınmış “M1A2T Abrams” tanklarını qəbul etməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

İkili yanaşma regional gərginliyin artması fonunda ölkənin zirehli qüvvələrinin modernləşdirilməsinə yönəlib.

Tayvan administrasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr M60A3 üçün qabaqcıl hədəfləmə və müşahidə sistemlərinin hazırlanması məqsədilə Milli Çunq-Şan Elm və Texnologiya İnstitutuna (NCSIST) tapşırıq verib.

Təşəbbüs onilliklər ərzində xidmətdə olan tankların effektivliyini artırmaq məqsədi daşıyır. Hərbi rəsmilər bildiriblər ki, yeni sistemlərin sınaqları planlaşdırıldığı kimi gedir və oktyabr ayına qədər tam təsdiqlənməsi gözlənilir.

Tayvanın cənubundan gələn məlumatlara görə, bu yaxınlarda Pinqtunq qraflığının Henqçun şəhərində NCSIST nişanı daşıyan iki təkmilləşdirilmiş M60A3 tankı aşkar edilib.

Yerli müşahidəçilər tərəfindən çəkilmiş fotoşəkillər döyüş meydanında sağqalma qabiliyyətini artırmağı hədəfləyən dizayn dəyişikliyi olan qüllədə qaynaqlanmış zireh kimi modifikasiyaları göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   M60A3   Tank  


Bizi "telegram"da izləyin