Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Surya” adlanan bu sistem Hindistanın 20 kilometr məsafədə müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
IADN tərəfindən 2025-ci il martın 9-da elan edilən inkişaf Hindistanın lazer əsaslı müdafiə texnologiyalarında irəliləyişində əlamətdar addım hesab olunur.
Hindistan Müdafiə Xəbərləri platforması IADN tərəfindən paylaşılan məlumata görə, DRDO tərəfindən hazırlanan “Surya” adlı lazer silahı Pilotsuz Uçuş Aparatları (PUA), raketlər və digər hava təhdidlərini zərərsizləşdirmək üçün nəzərdə tutulub.
Konsentrasiya edilmiş enerji şüaları ilə hədəfləri məhv edən bu sistem Hindistanın xüsusilə PUA-lar və ballistik təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az