Ordu.az xəbər verir ki, Anlaşma Memorandumu Varşavada “Lukasiewicz – ILOT” direktorunun müavini Silvestr Vika ilə “Embraer”in prezidenti və baş icraçı direktoru Fransisko Qomes Neto tərəfindən imzalanıb.
1926-cı ildə əsası qoyulan “Lukasiewicz-ILOT” aviasiya, pilotsuz uçuş aparatları və kosmik texnologiyalar sahəsində araşdırmaları ilə tanınır.
Razılaşmaya əsasən, iki təşkilat materialların hazırlanmasına, gələcək uçuş texnologiyalarına, aviasiya dizaynına və gələcək texniki xidmət proseslərinə diqqət yetirəcək.
“Embraer” şirkətinin baş direktoru Polşaya səfəri zamanı müdafiə və kommersiya aviasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
“Embraer” Polşada istehsal və montaj fəaliyyətini genişləndirməyi hədəfləyir ki, bu da növbəti on il ərzində Polşa iqtisadiyyatına 3 milyard dollar töhfə verə bilər. Həmçinin bildirilir ki, həyata keçiriləcək layihələr 5 minə yaxın insanı işlə təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az