Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində məlumat verib.
"Altı həftəlik yoxlamadan sonra biz rəsmi olaraq USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırdıq. İndi ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-nin maraqlarına uyğun olmayan şəkildə xərclənib", - o yazıb.
Rubionun sözlərinə görə, qüvvədə qalan USAID proqramlarının (təxminən 1000 proqram) idarə edilməsi ABŞ Dövlət Departamentinə həvalə edilib.
Ordu.az