“Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar - İlon Mask

2025/03/1741584364.jpg
Oxunub: 402     09:47     10 Mart 2025    
“SpaceX” şirkətinin sahibi İlon Mask Ukraynanı “Starlink” peyk rabitə sistemindən ayırmaq fikrində olmadığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Mən çox aydın olmaq istərdim: Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, “Starlink” heç vaxt terminallarını söndürməyəcək. Sadəcə demək istəyirəm ki, “Starlink” olmadan Ukraynanın cəbhə xətləri dağılar. Biz bu vəziyyətdən sövdələşmə predmeti kimi istifadə etmərik", - deyə Mask qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starlink   Ukrayna  


Bizi "telegram"da izləyin