Tramp Ciddədə baş tutacaq ABŞ-Ukrayna görüşünün yaxşı nəticələnəcəyinə ümid edir

2025/03/thumb-1741152036.jpg
Oxunub: 358     06:51     10 Mart 2025    
ABŞ prezidenti Donald Tramp martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan sonra yaxşı nəticələr əldə olunacağına inanır.

Ordu.az xəbər verib ki, bu haqda o Ağ Evin mətbuat xidmətinin əməkdaşlarına açıqlaması zamanı danışıb.

"Düşünürəm ki, bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşdən kifayət qədər yaxşı nəticələr görəcəksiniz", o bildirib.

Tramp həmçinin əlavə edib ki, o, Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ciddə  


Bizi "telegram"da izləyin