Tramp administrasiyası Kanadanın "Beş göz" Alyansından çıxarılmasını müzakirə edir

2025/02/c6251-1740543706.jpg
Oxunub: 374     00:57     26 Fevral 2025    
Kanadanın “Beş Göz” kəşfiyyat alyansından xaric edilməsi Ağ Evdə ən yüksək səviyyələrdə müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Kanadanın Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın da daxil olduğu “Beş Göz” alyansından çıxarılması təklifinin müəllifidir.

Nəşrin yazdığına görə, rəsmi Vaşinqton bununla Ottavanı ABŞ ərazisinə köçən qanunsuz miqrantlarla mübarizənin gücləndirilməsinin təşviqinə ümid edir. Qeyd olunur ki, hazırda Trampın bu fikrə necə cavab verdiyi məlum olmasa da, Ağ Ev rəsmiləri məsələni geniş müzakirə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kanada   Beş-göz  


Bizi "telegram"da izləyin