Ordu.az xəbər verir ki, bunu “Breitbart News”a müsahibəsində ABŞ dövlət katibi Marko Rubio deyib.
"Birgə işləmək imkanlarımız var. Aydındır ki, bu, təkcə avropalılar və ya ABŞ tərəfindən dondurulmuş Rusiya aktivləri ilə bağlı deyil, həm də zərər çəkmiş ABŞ şirkətləri ilə bağlı danışıqları əhatə edəcək. Bu, münasibətlərimizi necə bərpa edə biləcəyimizə dair daha geniş müzakirələrin bir hissəsi olacaq", - o deyib.
Rubio həmçinin bildirib ki, Ukrayna münaqişəsində daimi atəşkəs əldə olunmayana qədər bu cür danışıqlar başlaya bilməz.
Ordu.az