Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) baş dirketoru Mehmet Demiroğlu deyib.
“Bildiyiniz kimi, “Şimşek” illərdir istifadə olunur. Adətən hədəf təyyarə kimi istifadə olunur, amma biz onu kamikadze PUA-sına da çevirmişik”, - deyə o qeyd edib.
Demiroğlu “Süper Şimşek”in sürət və daşıma qabiliyyəti baxımından əhəmiyyətli bir inkişaf olduğunu deyib.
“Əsas növbəti məhsulumuz “Süper Şimşek”dir. Sürət baxımından 0,85 “Mach”a qədər çata, partlayıcı yük baxımından isə 50 kiloqramı keçə bilən platformadır”, - deyə Demiroğlu vurğulayıb.
O, “Süper Şimşek”in hava hücumundan müdafiə sistemlərinə qarşı necə istifadə ediləcəyi ilə bağlı da açıqlamalar verib.
“Super Şimşek” qarşı tərəfə özünü F-16, F-35 və ya hətta “Kaan” kimi təqdim edə bilər”, - deyə TUSAŞ baş dirketoru vurğulayıb.
Demiroğlu əlavə edib ki, radarlar “Süper Şimşek”i əsl təyyarə kimi görəcək.
Sevinc Əliyeva
Ordu.az