"Taliban"ın nümayəndə heyəti ilk dəfə Yaponiyaya səfər edib

2024/10/6703f-1728314380.jpg
Oxunub: 454     14:05     17 Fevral 2025    
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatının nümayəndə heyəti ilk dəfə Yaponiyaya səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat yayıb.

Məlumata görə, Xarici İşlər, Təhsil, İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmilərindən ibarət "Taliban" nümayəndə heyəti bazar günü Yaponiyaya gəlib. Bir həftə davam edəcək səfərdə əsasən humanitar yardım və mümkün diplomatik əlaqələrlə bağlı müzakirələrin aparılacağı ehtimal olunur.

Qrupun daha çox humanitar dəstək almağa çalışacağı, Yaponiya ilə Əfqanıstan arasındakı münasibətləri müzakirə edəcəyi gözlənilir.

İqtisadiyyat nazirinin müavini Lətif Nəzəri qeyd edib ki, səfər "Taliban"ın beynəlxalq cəmiyyətə inteqrasiya səylərinin bir hissəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Yaponiya  


Bizi "telegram"da izləyin