ASELSAN 50 illik yubileyi üçün xüsusi video paylaşıb

2025/02/2025--1739782285.jpg
Oxunub: 487     15:22     17 Fevral 2025    
Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti ASELSAN 50 illik yubileyi münasibətilə sosial media hesablarında video paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Havada, quruda, dənizdə görünənin kənarında 50 qürur ili” qeydi ilə paylaşılan videoda ASELSAN tərəfindən hazırlanmış yüksək texnologiyalı həllər və ASELSAN texnologiyalarından istifadə edən Türkiyə Silahlı Qüvvələrinin görüntüləri yer alıb.

Türkiyə ordusunun hərbi qulluqçusunun yer aldığı və Komando Andını oxuduğu videonun sonunda “Hər zaman və hər yerdə Türkiyə ordusunun yanındayıq” mesajı paylaşılıb.

ASELSAN 1975-ci il noyabrın 14-də Türkiyə Silahlı Qüvvələrinin rabitə ehtiyaclarını milli imkanlarla qarşılamaq üçün yaradılıb.

Öz sahəsində ən yaxşısını istehsal edən, oyun dəyişdirici texnologiyaları inkişaf etdirən və beynəlxalq əməkdaşlığa önəm verərək böyüyən ASELSAN dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin yer aldığı və hər il mütəmadi olaraq dərc edilən “Defense News Top 100” siyahısında ilk 50-də yer alaraq, Türkiyədəki liderliyini qoruyub.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin