ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib

2025/02/1739774329.jpg
Oxunub: 369     10:32     17 Fevral 2025    
ABŞ-nin deportasiya edilmiş Hindistan miqrantlarını daşıyan üçüncü “C-17” hərbi-nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab ştatına çatıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti məlumat yayıb.

“HHQ təyyarəsi ilə ABŞ-də qeyri-qanuni yaşayan 112 hindistanlı vətənə qaytarılıb. Onların arasında Qucarat, Pəncab, Uttarakhand, Uttar-Pradeş, Haryana və Himaçal-Pradeş ştatlarının sakinləri var”, - məlumatda qeyd edilib.

Fevralın əvvəlindən ümumilikdə 335 hindistanlı deportasiya edilib.

Hindistan rəhbərliyi vurğulayıb ki, Nyu-Delhi deportasiya edilən bütün qeyri-qanuni miqrantları qəbul edəcək və Vaşinqtonla əməkdaşlıq edəcək. ABŞ-də deportasiya edilə biləcək 18 min hindistanlı aşkar edilib.

Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Deportasiya  


Bizi "telegram"da izləyin