Netanyahu Qəzza sakinlərinin anklavı tərk etmək hüququnu dəstəkləyib

2024/10/1729230162.jpg
Oxunub: 421     07:27     17 Fevral 2025    
Qəzza zolağında yaşayan fələstinlilərə könüllü olaraq anklavı tərk etmək imkanı verilməlidir.

Ordu.az-ın “Ynet” portalına istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika yəhudi təşkilatlarının rəhbərlərinin Qüdsdə keçirilən konfransında deyib.

“Niyə Qəzza sakinlərinə seçim imkanı verilməsin? Qoy getsinlər”, - deyə o vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, son iki ildə Qəzzanı 100 min sakin tərk edib: “Varlılar gedə bilər, amma qalanlar da getmək istəyirlərsə, getsinlər. Biz onlara təhlükəsiz zonaya çatmaq imkanı vermək istəyirik. İnsanlar mühacirət etmək istəyirlərsə, bu onların seçimidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Qəzza  


Bizi "telegram"da izləyin