Aİ liderlərinin Paris görüşü qeyri-rəsmi xarakter daşıyacaq

2025/02/1739769696.jpg
Oxunub: 379     04:51     17 Fevral 2025    
Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.

Ordu.az xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

"Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nun Baş katibi iştirak edəcək", - məlumatda deyilir.

Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Paris  


Bizi "telegram"da izləyin