Volodimir Zelenski BƏƏ-yə səfər edib

2025/02/1739768693.jpg
Oxunub: 425     00:46     17 Fevral 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Telegram” kanalında məlumat verib.

“Daha çox vətəndaşımızın əsirlikdən vətənə qayıtması prioritetdir,” – Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, BƏƏ-yə səfərin məqsədi həm də investisiyalar, iqtisadi tərəfdaşlıq və “böyük humanitar proqram”ı müzakirə etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Zelenski  


Bizi "telegram"da izləyin