Misir Qəzzanın yenidən qurulması üçün hərtərəfli plan üzərində işləyir

2024/07/08463-1721106441.jpg
Oxunub: 575     00:26     17 Fevral 2025    
Misir hazırda Qəzza zolağının yenidən qurulması üçün sakinlərin köçürülməsini nəzərdə tutmayan hərtərəfli plan üzərində işləyir.

Ordu.az-ın məlumatına görə, bunu ölkə prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauderlə görüşündə təsdiqləyib.

"Qəzzanın yenidən qurulması sakinlərini zorla köçürmədən başlamalıdır və Misir artıq bu problemi həll etmək üçün hərtərəfli plan hazırlayır", - deyə Misir prezidenti bildirib.

Əbdülfəttah əs-Sisi əlavə edib ki, Qəzzada atəşkəs razılaşması qüvvədə qalmalıdır, çünki “münaqişənin yenidən başlaması və onun genişlənməsi bütün region ölkələri üçün mənfi nəticələrə səbəb olacaq”.

Misir tərəfdən görüşdə ölkənin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Mahmud Rəşad da iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Qəzza  


Bizi "telegram"da izləyin