Aİ müdafiə xərclərini artırmaq üçün fiskal qaydaları asanlaşdıracaq

2025/02/1739613276.jpg
Oxunub: 503     15:54     17 Fevral 2025    
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "qaçış maddəsi"nin aktivləşdirilməsinin ölkələrə hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcəyini deyib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Avropa İttifaqı (Aİ) ABŞ-nin öz təhlükəsizliyinə daha çox sərmayə qoyması təzyiqi fonunda ölkələrə müdafiəyə daha çox xərcləmə imkanı vermək üçün maliyyə qaydalarını müvəqqəti yumşaltmağı planlaşdırır.

AK sədri Münxen Təhlükəsizlik Konfransında verdiyi açıqlamada deyib: “Mən müdafiə sərmayələri üçün "qaçış maddəsi"nin aktivləşdirilməsini təklif edəcəyimi elan edə bilərəm. Bu, üzv dövlətlərə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Təbii ki, biz bunu nəzarətli və şərti şəkildə edəcəyik”.

Aİ fiskal qaydaları ölkələrin borcunun ümumi daxili məhsula nisbətini 60%-dən aşağı saxlamalarını və illik kəsirlərinin 3%-dən yuxarı qalxmamasını təmin etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Müdafiə   Xərc  


Bizi "telegram"da izləyin