“Lockheed Martin” “PrSM” raketini uğurla sınaqdan keçirib

2025/02/1739610665.jpg
Oxunub: 429     11:41     17 Fevral 2025    
“Lockheed Martin” və ABŞ ordusu Nyu-Meksikodakı “White Sands” Raket Poliqonunda Həssas Zərbə Raketinin (PrSM) növbəti uğurlu istehsal kvalifikasiya uçuşunu tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Industry EU” məlumat yayıb.

Sınaq HIMARS sistemindən 2 “PrSM”nin buraxılmasını əhatə edib və raketin uzun mənzilli dəqiqliyini və əməliyyata hazırlığını nümayiş etdirib.

Bu son sınaq noyabrda uğurlu uçuş sınaqlarından və 2024-cü ilin dekabrındakı hərbi iştiraklı ilk sınaqdan sonra keçirilir. Bu sınaqlar raketin döyüş meydanında yerləşdirilməmişdən əvvəl performansının yoxlanılmasında böyük əhəmiyyət kəsb edir.

“Lockheed Martin” “PrSM”nin sürətli ardıcıllıqla buraxılış qabiliyyətini təsdiqləyən sınaqlarla tam sürətli istehsala doğru irəliləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   PrSM  


Bizi "telegram"da izləyin