Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Nazirlər Kabineti silah ixracı siyasətini dəyişən geosiyasi şəraitə uyğunlaşdırmaq üçün “fövqəladə şəraitdə” mövcud məhdudiyyətlərdən yayınmağa imkan verəcək təklifi parlamentə göndərdiyini bildirib.
Uzun müddət neytrallığına baxmayaraq, İsveçrə ənənəvi olaraq xaricə sursat və zirehli vasitə sataraq, dünyanın ən böyük silah tədarükçülərindən biri olub.
Lakin 2023-cü ildə silah ixracı dörddə bir nisbətində azalarkən, tənqidçilər İspaniya, Danimarka və Almaniyanı İsveçrə istehsalı olan silah və sursatların Ukraynaya təkrar ixracına mane olmaqda ittiham ediblər.
Nazirlər Kabinetinin təklifində deyilir ki, bu, İsveçrənin xarici və ya təhlükəsizlik siyasəti maraqlarını qorumağa imkan verəcək.
“Bundan əlavə, bu, İsveçrədə milli müdafiə ehtiyaclarına uyğunlaşdırılmış sənaye potensialını saxlamağa imkan verəcək”, - deyə təklifdə bildirilib.
Sevinc Əliyeva
Ordu.az