Orban Aİ liderlərini qorxaq dovşanlarla müqayisə edib

2024/11/1731299349.jpg
Oxunub: 330     01:03     13 Fevral 2025    
Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərini ABŞ prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən qorxan qorxaq dovşanlarla müqayisə edib.

Ordu.az xəbər verir ki, hökümət başçısı bunu Budapeştdə Almaniya üçün Alternativ Partiyasının həmsədri Alis Vaydel ilə görüşdən sonra mətbuat konfransında deyib.

“Avropa İttifaqının liderləri şumlanmış tarlada qorxaq dovşanlar kimi oturub, yaxınlaşan şumu görüb taleyini gözləyirlər”, - Orban bildirib.

Orban Aİ səlahiyyətlilərini amerikalılara təkliflər verməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban     Macarıstan  


Bizi "telegram"da izləyin