2024-cü ildə Avropadakı NATO ölkələri və Kanada müdafiəyə sərmayəni 20 faiz artırıblar

2025/02/1739375324.jpg
Oxunub: 472     19:05     12 Fevral 2025    
2024-cü ildə Avropadakı NATO ölkələri və Kanada müdafiəyə 485 milyard dollar sərmayə qoyub.

Ordu.az xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte danışıb.

O bildirib ki, bu göstərici 2023-cü illə müqayisədə 20 faizlik artım deməkdir.

Baş katib 2025-ci ildə bütün NATO ölkələrinin bu istiqamətdə daha çox sərmayə qoymasını gözlədiyini də vurğulayıb:

"Ədalətli yük bölgüsünü təmin etmək üçün əlavə sərmayə qoyulması vacibdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   NATO  


Bizi "telegram"da izləyin