NATO Müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq

2023/01/63b96-1673099524.jpg
Oxunub: 540     18:36     12 Fevral 2025    
NATO ölkələri müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.

Bildirilib ki, bununla da tərəflər 2025-ci ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Sammitinə hazırlıqlara başlayacaqlar.

Məlumata görə, görüş çərçivəsində nazirlər yenilənmiş Müdafiə İstehsalı Fəaliyyət Planı da daxil olmaqla müdafiə sənayesi potensialının gücləndirilməsinə diqqət yetirəcəklər.

Görüşdən əvvəl dəyərləndirmə aparan NATO Baş katibi Mark Rutte qeyd edib ki, Alyansın hərtərəfli istehsal qabiliyyətinin artırılması üçün daha sürətli olmaq lazımdır.

Məlumatda o da vurğulanıb ki, sabah əsas gündəmdə NATO-nun Ukraynaya dəstəyi məsələsi dayanacaq.

"Sabahki NATO-Ukrayna Şurası görüşündə isə Ukraynanın müdafiə naziri Rustem Umerov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə birlikdə Ukraynadakı vəziyyət və ölkənin təcili ehtiyacları müzakirə ediləcək",-əlavə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Görüş  


Bizi "telegram"da izləyin