Ordu.az xəbər verir ki, İndoneziya HDQ qeyri-döyüş hərbi əməliyyatlarını dəstəkləmək üçün aviadaşıyıcı gəmiyə mümkün ehtiyacı qiymətləndirməyə başlayıb.
2025-ci il fevralın 6-da Cakartada keçirilən mətbuat konfransında İndoneziya HDQ-nin komandanı admiral Məhəmməd Əli İndoneziya Müdafiə Nazirliyi tərəfindən alınması lazım olan müxtəlif kritik hərbi texnikaları vurğulayıb.
“Asia Pacific Defence Journal”ın məlumatına görə, bunlar arasında qeyri-döyüş əməliyyatları üçün istifadə ediləcək aviadaşıyıcı gəmi, İtaliyadan əlavə freqatlar və Türkiyədən hücum katerləri yer alır.
Bundan əlavə, komandan ölkədə istehsal olunan freqatların HDQ-nin ümumi imkanlarının gücləndirilməsində və müdafiə sənayesində özünü təmin etməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az