Ordu.az xəbər verir ki, İkinci xüsusilə ağıllı sursatların daxili silah kamerasına uyğunlaşdırılmasına diqqət yetirdiklərini vurğulayıb.
Sursat inteqrasiyası haqqında məlumat verən İkinci “Kaan”ın stels xüsusiyyətini qoruyub saxlaması üçün sursatın daxili silah kamerasında daşınmasının lazım olduğunu bildirib.
Bununla belə, o, təyyarənin xarici silah stansiyalarında sursat daşıyarkən, radar izi buraxa biləcəyini deyib.
“Kaan” daxili silah kamerasında isti silahlarla görünməzlik xüsusiyyətinə sahib olacaq. Ancaq çöl hissədə silah daşıyanda, bu qabiliyyətini qurban verməli olur. Bu səbəbdən ağıllı raketlərimizi “Kaan”ın daxili silah kamerasına uyğunlaşdırmaq və oradan atılmasını təmin etmək üçün işimizə davam edirik”, - deyə ROKETSAN baş direktoru vurğulayıb.
ROKETSAN Türkiyənin yerli olaraq istehsal etdiyi “Çakır” və SOM qanadlı raketlərini həm “Kaan”, həm də “Kızılelma”ya inteqrasiya etmək üçün çalışır. İkinci bu prosesin “Kaan”ın çatdırılma cədvəlində heç bir gecikmə yaratmayacağını deyib.
“Çakır” və SOM kimi qanadlı raketlərin həm “Kaan”, həm də “Kızılelma”dan atılmasını təmin etmək üçün inteqrasiya fəaliyyətləri həyata keçiririk. “Kaan”ın 2028-ci il çatdırılma tarixində heç bir dəyişiklik yoxdur. Həm “Kaan”, həm də “Kızılelma”nın cədvəlinə uyğun olaraq irəliləyirik və inteqrasiya prosesini vaxtında tamamlayacağıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az