Türkiyə müdafiə sənayesi İndoneziyanın “Merah Putih” sinfinə məxsus freqatlarına damğa vuracaq

2025/02/1739352015.jpg
Oxunub: 391     09:35     13 Fevral 2025    
İndoneziyanın “Merah Putih” sinfinə məxsus freqat (MPF) proqramı Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan qabaqcıl texnologiya həllərini inteqrasiya edərək, bölgənin ən müasir döyüş gəmilərindən birinə çevrilmək yolundadır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu freqatlara ASELSAN, ROKETSAN və HAVELSAN tərəfindən hazırlanmış müxtəlif radar, silah və döyüş idarəetmə sistemləri daxil ediləcək.

İndoneziya Hərbi Dəniz Qüvvələri üçün inkişaf etdirilən “Merah Putih” sinfnə məxsus freqatlar Britaniyanın “Babcock Arrowhead 140” dizaynına əsaslanır və İndoneziyanın unikal tələblərinə uyğun olaraq modifikasiya edilir.

Dizayn transferi müqaviləsi əsasında yerli gəmiqayırma zavodlarında inşa edilən bu gəmilər İndoneziyanın dəniz müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

Türkiyənin müdafiə sənayesi freqatların silah və sensor sistemlərində mühüm rol oynayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İndoneziya  


Bizi "telegram"da izləyin