Modinin təyyarəsinə hücum təhdidində şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

2025/02/1739345293.jpg
Oxunub: 547     13:07     12 Fevral 2025    
Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı onun təyyarəsinə hücum təhdidində şübhəli bilinən şəxsi saxlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.

Mumbayın hüquq-mühafizə orqanları saxlanılan şəxsin psixi vəziyyətinin qeyri-sabit olduğunu bildirib. Davam edən araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər də saxlanılan şəxsin telefonundan cinayətlərin hazırlanması və digər yalan məlumatlarla bağlı polisə 1,4 min zəng daxil olub.

Ötən gün Mumbay polisinə Modinin xaricə səfərləri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi barədə zəng daxil olub. Polis məlumatın “ciddi xarakter” daşıdığını bildirib və araşdırmalara başlayıb.

Modi hazırda Fransada səfərdədir. O, daha sonra ABŞ-yə gedəcək.

***

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidi ilə bağlı daxil olan məlumatla əlaqədar araşdırma aparır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Mumbay polisinə Modinin xarici səfərləri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəyi barədə xəbərdarlıq zəngi daxil olub. Alınan məlumatın "ciddi xarakter" daşıdığını bildirən polis araşdırmaya başlayıb.

Modi fevralın 10-dan Fransada səfərdədir. O, daha sonra ABŞ-yə gedəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Baş-nazir   Təyyarə  


Bizi "telegram"da izləyin