Erməni deputat: “Xoş niyyətlə Ermənistanı geosiyasi çıxılmaz vəziyyətə salırlar”

2025/02/1739340727.jpg
Oxunub: 334     11:22     13 Fevral 2025    
“Xoş niyyətlə Ermənistanı geosiyasi çıxılmaz vəziyyətə salırlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında müxalifətçi deputat, Ermənistan Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyan “Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinə toxunarkən deyib.

Onun sözlərinə görə, bu təşəbbüs heç bir real perspektivi olmayan və yalnız Ermənistanı geosiyasi çıxılmaz vəziyyətə salan “xoş niyyətlər toplusu”ndan başqa bir şey deyil.

“Müqəddəs Valentin Günü üçün bir-birinizə xoş arzular yazın və Santa Klausa məktublar göndərin. Artıq o qədər də yaşlı olmasanız da, hər şey sizin üçün gec olur. Amma ciddi deyim ki, Aİ-də Ermənistanı heç kim gözləmir”, - deyə Mamicanyan qeyd edib.

Mamicanyan bildirib ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin son hesabatında Ermənistanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı eyham belə yoxdur.

Erməni deputat Ermənistan rəhbərliyinin xarici siyasətini “uyğunsuz və uğursuz” kimi qiymətləndirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin