Ordu.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab “Cable a Tierra” radiostansiyasına müsahibəsində bildirib.
“USAID-dən pul alan venesuelalı sağçı ekstremistlər həmin vəsaitdən qanuni hökumətə qarşı sui-qəsd hazırlamaqda istifadə etdiklərinə görə təhqiqat altındadırlar”, - Saab vurğulayıb.
Onun sözlərinə görə, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID-in vəsaitlərindən qeyri-qanuni istifadəyə imkan verən korrupsiya sxemləri ilə bağlı araşdırmalar aparılır.
Saab həmçinin qeyd edib ki, 2023-cü ildə aktivlərin oğurlanması, hakimiyyəti qəsb etmək, sui-qəsd, terror aktlarına köməklik etmək və dövlətə xəyanət ittihamları ilə Quaydo və onun tərəfdaşlarının həbsi və Venesuela ədliyyəsinə təhvil verilməsi üçün İnterpola sorğu göndərilib.
Ordu.az